Messi dünya çempionatında iştirak edəcəyinə inanmır
Tarix: 13-06-2023 19:39 | Bölmə: İdman
Messi dünya çempionatında iştirak edəcəyinə inanmır

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirakının çətin olacağını deyib.

Reyting.az
xəbər verir ki, “Marca” Messidən sitat gətirib:

“Düşünürəm ki, 2026-cı il dünya çempionatında oynamaq ehtimalım azdır. Bu, mənim son dünya çempionatım idi. Görək sonda necə olacaq, amma prinsipcə, yox, mən növbəti dünya çempionatına getməyəcəyəm".

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Messinin isə həmin il 39 yaşı tamam olacaq.

Onu da qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Messi Argentina millisi ilə birlikdə karyerasında ilk dəfə dünya çempionu olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}