"Spartak" yeni direktor axtarır
Tarix: 14-06-2023 17:15 | Bölmə: İdman
"Spartak" yeni direktor axtarır
Pol Eşvort

"Spartak"ın idman direktoru Pol Eşvort vəzifəsini tərk edə bilər. Reyting.az “Metaratings”ə istinadla xəbər verir ki, Moskva klubu bu vəzifəyə yeni namizəd axtarır.

Məlumata görə, “Spartak” yayda yeni namizədlə razılaşmasa, Eşvort qışa müddət idman direktoru vəzifəsində qalacaq. Amma mütəxəssisin dəyişdirilməsi məsələsi yenə gündəmə olacaq.

Daha əvvəl mətbuatda “Spartak”ın baş məşqçisi Gilyermo Abaskal və klubun idman direktoru Pol Eşvortun yay transfer pəncərəsində gücləndirilməli olan mövqelərə fərqli baxışları olduğu barədə məlumatlar yer alıb.

Xatırladaq ki, Eşvort 2022-ci ilin sentyabr ayının sonunda “Spartak”ın idman direktoru vəzifəsinə təyin edilib. Əvvəllər bu vəzifəni italiyalı Luka Kattani tuturdu.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}