"Fənərbağça" Brumanı "Braqa"ya satıb - 6.5 milyon avroya - Foto
Tarix: 14-06-2023 20:24 | Bölmə: İdman
"Fənərbağça" Brumanı "Braqa"ya satıb - 6.5 milyon avroya

"Fənərbağça" ötən mövsüm PSV-dən 4,25 milyon avroya transfer etdiyi Brumanı icarəyə göndərdiyi "Braqa"ya satıb.

Reyting.az
xəbər verir ki, bu barədə İstanbul klubu məlumat yayıb.

Bildirilib ki, Brumanı 6.5 milyon avroya "Braqa"ya satıblar.

Məlumatda o da deyilir ki, "Braqa" prezidenti Antonio Salvador uğurlu çıxışı ilə diqqət çəkən portuqaliyalı oyunçu üçün İstanbulda uzun müddət bazarlıq edib: "Nəhayət, 4,25 milyon avro ilə başlayan danışıqlar 6,5 milyon avroda yekunlaşıb. 28 yaşlı futbolçu "Braqa" ilə 4 illik müqavilə imzalayacaq və 1,5 milyon avro xalis maaş alacaq".

AZƏR
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}