Messinin pərəstişkarına qadağa tətbiq olunub
Tarix: 16-06-2023 19:04 | Bölmə: İdman
Messinin pərəstişkarına qadağa tətbiq olunub

Argentina və Avstraliya yığmalarının yoldaşlıq oyunu zamanı meydançaya qaçan azarkeşə bir il müddətinə futbol oyunlarına gəlmək qadağan edilib. Reyting.az xəbər verir ki, bu barədə “France-Presse” Agentliyi məlumat yayıb.

Məlumata görə, qərar Pekinin Çaoyan Rayon İctimai Təhlükəsizlik Bürosu tərəfindən verilib.

Bildirilir ki, hadisəni törədən şəxs əməlindən peşman olub və təqsirini etiraf edib.

Qeyd edək ki, cümə axşamı Argentina millisinin forması geyinmiş bir gənc təhlükəsizlik xidmətinin gözündən yayınaraq meydançaya qaçıb və argentinalı hücumçu Lionel Messini qucaqlayıb. Sonra o, təqibdən qaçaraq qapıçı Emiliano Martinezin yanına qaça bilib.

Onu da qeyd edək ki, futbol üzrə Argentina millisi Avstraliya yığmasını 2:0 hesabı ilə məğlub edib. Qollardan birini Lionel Messi vurub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}