18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Avro-2024: qazaxlar 4 oyunda 3 qələbə qazanıb
Tarix: 20-06-2023 09:03 | Bölmə: İdman
Avro-2024: qazaxlar 4 oyunda 3 qələbə qazanıb

Qazaxıstanın futbol üzrə milli komandası Avro-2024-ün seçmə mərhələsində keçirdiyi 4 oyunda 3 qələbə qazanıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Maqomed Adiyevin rəhbərlik etdiyi komanda seçmə qrup mərhələsinin dördüncü turunun oyununda Şimali İrlandiya yığmasını məğlub edib (1:0).

Qələbə qolunu 88-ci dəqiqədə Abat Aimbetov vurub.

Qazaxıstan komandası sıralanmaya Sloveniyaya məğlubiyyətlə (1:2) başlasa da, bundan sonra ardıcıl üç oyunda qalib gələrək, Danimarka (3:2) və San-Marinonu (3:0) məğlub edib.

Dörd oyundan sonra Finlandiya H qrupunda birinci, Qazaxıstan ikinci, komandaların isə eyni xalı var - hərəyə 9. Danimarka və Sloveniya milli komandalarının hərəyə 7 xalı var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}