18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Səbail”in icraçı direktoru istefa verib
Tarix: 20-06-2023 14:13 | Bölmə: İdman
“Səbail”in icraçı direktoru istefa verib

“Səbail”in icraçı direktoru Fərəc Əliyev vəzifəsindən istefa verib.

Reyting.az
xəbər verir ki, o, Müşahidə Şurasının iclasında qərarını açıqlayıb.

F. Əliyev bunu komandanın ötən mövsüm uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirib. Paytaxt təmsilçisi bu istefanı qəbul edib. Lakin razılığa əsasən, yeni icraçı direktorun təyinatına qədər o, vəzifənin icrasını müvəqqəti yerinə yetirəcək.

Baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda komandanın 2023/2024 mövsümünə hazırlığı ilə bağlı planlar da müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}