18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Taekvondo Federasiyasına vitse-prezidentlər seçilib
Tarix: 20-06-2023 20:22 | Bölmə: İdman
Taekvondo Federasiyasına vitse-prezidentlər seçilib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Reyting.az
ATF-yə istinadla bildirir ki, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}