18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
“Sabah” Rəhman Daşdəmirovla anlaşıb
Tarix: 21-06-2023 13:25 | Bölmə: İdman
“Sabah” Rəhman Daşdəmirovla anlaşıb

“Sabah” yeni müdafiəçi alıb.

Klubun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Premyer Liqanın gümüş mükafatçısı “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovla heyətini gücləndirib.

24 yaşlı arxa xətt oyunçusu bakılılarla 2 illik müqavilə bağlayıb. Ötən mövsümü “Şamaxı”da keçirən Daşdəmirov karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Qeyd edək ki, Rəhman Daşdəmirov 2022/2023 mövsümündə Premyer Liqada 36 oyun keçirib, aktivinə 1 qol yazdırıb.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub