18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub
Tarix: 21-06-2023 15:26 | Bölmə: İdman
Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}