Avropa Oyunları: Azərbaycan boksçusu mübarizəni dayandırıb
Tarix: 23-06-2023 16:21 | Bölmə: İdman
Avropa Oyunları: Azərbaycan boksçusu mübarizəni dayandırıb

Azərbaycan boksçuları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıblar.

Reyting.az
xəbər verir ki, ilk olaraq 57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov rinqə çıxıb.

O, Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün daha bir boksçu rinqə çıxacaq. Malik Həsənov (63,5 kq) ilk döyüşdə Bartlomey Roskoviç (Polşa) ilə qarşılaşacaq(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}