12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa Oyunları: Azərbaycan idmançısının təsnifatdakı mövqeyi bəlli olub
Tarix: 23-06-2023 17:20 | Bölmə: İdman
Avropa Oyunları: Azərbaycan idmançısının təsnifatdakı mövqeyi bəlli olub

Polşada keçirilən III Avropa Oyunlarında kamandan oxatma yarışlarında qadınlar arasında fərdi mübarizədə ilk təsnifat mərhələsi başa çatıb.

Məlumata görə, Azərbaycan idmançısı Yaylagül Ramazanova 645 xal toplayıb.

33 yaşlı Y.Ramazanova ümumi sıralamada 23-cü olub.

Azərbaycan təmsilçisi mübarizəni 1/32 final mərhələsində davam etdirəcək. Onun rəqibi litvalı Paulina Ramanauskayte olacaq. Yaylagül Ramazanov bu rəqibini məğlub etsə, 1/16 finalda Fransa idmançısı Karoline Lopeslə üz-üzə gələcək.

Qeyd edək ki, 1/32 final mərhələsinin görüşləri iyunun 27-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər