"Neftçi"nin Dünya Qadın Seriyasındakı növbəti rəqibləri müəyyənləşib
Tarix: 25-06-2023 12:02 | Bölmə: İdman
"Neftçi"nin Dünya Qadın Seriyasındakı növbəti rəqibləri müəyyənləşib

Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Reyting.az
xəbər verir ki, 27-28 iyunda təşkil olunacaq bu mərhələdə "Neftçi" A qrupunda Kanada və İtalya yığmaları ilə mübarizə aparacaq.

Bakı klubu qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}