"Sabah" Mərakeş millisinin futbolçusu ilə anlaşıb
Tarix: 25-06-2023 13:57 | Bölmə: İdman
"Sabah" Mərakeş millisinin futbolçusu ilə anlaşıb

"Sabah" Mərakeş millisinin futbolçusu Sofian Şakla ilə anlaşıb.

Məlumata görə, Bakı klubu 30 yaşlı mərkəz müdafiəçisinin çıxış etdiyi İspaniyanın "Ponferradina" komandası ilə danışıqları müsbət yekunlaşdırıb.

Təcrübəli oyunçunun qarşıdakı günlərdə Bakıya gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir. Hələlik sözləşmənin detalları bəlli deyil.

Qeyd edək ki, Sofian Şakla karyerası ərzində İspaniyanın "Malaqa", "Almeriya" və "Xetafe" kimi klublarının da formasını geyinib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}