"Çelsi" Mendinin satışından 19 milyon qazanacaq
Tarix: 25-06-2023 22:22 | Bölmə: İdman
"Çelsi" Mendinin satışından 19 milyon qazanacaq

"Çelsi" klubunun qapıçısı Eduard Mendinin "Əl Əhli"yə keçəcəyi təqdirdə ödənəcəyi məbləğ bəlli olub. Reyting.az xəbər verir ki, bu barədə “Evening Standard” məlumat yayıb.

Mənbə bildirib ki, Səudiyyə klubu 31 yaşlı qolkiper üçün 19 milyon avro ödəyəcək.

Qeyd edək ki, daha əvvəl Mendinin “Əl-Əhli” ilə 3 illik müqavilə imzalayacağı bildirilirdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}