"Barselona" yarımmüdafiəçi üçün 5-6 milyon avro təklif edəcək
Tarix: 03-07-2023 00:14 | Bölmə: İdman
"Barselona" yarımmüdafiəçi üçün 5-6 milyon avro təklif edəcək

Yaxın vaxtlarda "Barselona" yarımmüdafiəçi Oriol Romeu üçün "Jirona"ya təklif göndərəcək. Reyting.az xəbər verir ki, bu barədə “As” məlumat yayıb.

Mənbə bildirib ki, kataloniyalılar 31 yaşlı yarımmüdafiəçi üçün təxminən 5-6 milyon avro ödəməyə hazırdır. Futbolçu özü də doğma klubuna qayıtmağı səbirsizliklə gözləyir.

Məlumata görə, "Jirona" futbolçusu ilə ayrılmağa tələsmir və "Barsa"dan təkmil təklif (10 milyon avro) gözləyir.

Qeyd edək ki, Romeu ötən mövsüm La Liqanın əsas oyunçusu olub, komandanın heyətində 33 oyuna çıxıb və 2 qola imza atıb.

Romeunun "Jirona" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}