"Qəbələ" daha bir futbolçusu ilə vidalaşıb
Tarix: 03-07-2023 12:46 | Bölmə: İdman
"Qəbələ" daha bir futbolçusu ilə vidalaşıb

"Qəbələ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, bölgə təmsilçisi Rafael Utziqlə vidalaşıb.

27 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub. Klub daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}