"Turan Tovuz" yetirməsi ilə yeni müqavilə imzalayıb
Tarix: 10-07-2023 17:58 | Bölmə: İdman
"Turan Tovuz" yetirməsi ilə yeni müqavilə imzalayıb

"Turan Tovuz" komandası yetirməsi olan Budaq Nəsirovu transfer edib.

Klubdan Reyting.az-a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə bağlanıb

Təcrübəli oyunçu "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz" və Portuqaliya "Sportinq"ində çıxış edib. O, Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millinin də formasını geyinib.

Qeyd edək ki, Budaq Nəsirov 2019-cu ildən klubsuz idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}