12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Samir Handanoviç "İnter"dən ayrılır
Tarix: 12-07-2023 20:00 | Bölmə: İdman
Samir Handanoviç "İnter"dən ayrılır

"İnter"in qapıçısı Samir Handanoviç Milan klubu ilə müqaviləsini yeniləməmək qərarına gəlib.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkələrdə məlumat verib.

38 yaşlı qapıçının müqaviləsinin iyulun 1-də başa çatdığı və o vaxtdan etibarən azad agent olduğu bildirilir.

Əlavə edək ki, Handanoviç 11 il (2012-ci ildən 2023-cü ilə kimi) "İnter"də çıxış edib. Ümumilikdə qara-göylər üçün o, 445 oyun keçirib, 471 qol buraxıb və 166 görüşdə qapısını müdafiə edib. O, 2021/2022-ci il mövsümündə İtaliya çempionu, iki dəfə ölkə kubokunun və superkubokunun qalibidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}