Putini dəstəkləyən Rusiya idmanının əfsanəsi İspaniyaya köçüb
Tarix: 13-07-2023 11:42 | Bölmə: İdman
Putini dəstəkləyən Rusiya idmanının əfsanəsi İspaniyaya köçüb

İkiqat olimpiya çempionu, dayaqla tullanma üzrə dəfələrlə dünya çempionu olmuş Yelena İsinbayeva Rusiya ordusunda fəal zabit olsa da, İspaniyada sərbəst gəzir.

Reyting.az
bildirir ki, “EL DIGITAL SUR” nəşri Tenerife küçələrində gəzən keçmiş idmançının fotosunu dərc edib.

İsinbayevanın "Ukraynaya qarşı qanlı təcavüzdəki xidmətlərinə görə" Rusiyanın ordu rəhbərliyindən müddətsiz məzuniyyət aldığı iddia edilir.

KİV-in məlumatına görə, 41 yaşlı İsinbayeva Tenerifedə “elitar yaşayış kompleksində” yaşayır.

Yelena İsinbayeva: nə ilə tanınır?

Məşhur idmançı Volqoqradda anadan olub. O, Rusiya Silahlı Qüvvələrinin mayorudur. 2018-ci ildə o, Rusiya Konstitusiyasına Putinin şərtlərini “sıfırlamaq” və onun Rusiya prezidentliyinə təkrar-təkrar namizədliyini irəli sürməsinə imkan verən dəyişikliklər üçün kampaniya aparıb. İsinbayeva həmin il Putin komandası hərəkatına qoşulub. O, həm də “Vahid Rusiya” Partiyasının üzvüdür.

İsinbayeva 2004 (Afina) və 2008 (Pekin) Olimpiya Oyunlarında qızıl medal qazanıb.

V. QULİYEV
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}