AFFA II Liqa komandasına texniki məğlubiyyət verib
Tarix: 13-09-2023 17:01 | Bölmə: İdman
AFFA II Liqa komandasına texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi II Liqa komandası “Baku Sportinq”ə texniki məğlubiyyət verib.

Reyting.az
xəbər verir ki, buna “Ağdaş”a qarşı keçirilən II turun oyunundakı qayda pozuntusu səbəb olub.

Belə ki, matçın rəsmi protokolunda adı olmayan Elgün Abbaslı 58-ci dəqiqədə “Baku Sportinq”in heyətində meydana çıxıb. Bu, adıçəkilən komandanın 0:3 hesablı texniki məğlubiyyət alması ilə nəticələnib. “Baku Sportinq” həmçinin 400 manat cərimələnib.

Qeyd edək ki, Ağdaşda keçirilən görüşdə “Baku Sportinq” 4:2 hesablı qələbə qazanmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}