“Mançester Siti” və “Çelsi”dən gözlənilməz məğlubiyyət
Tarix: 22-12-2018 20:17 | Bölmə: İdman
“Mançester Siti” və “Çelsi”dən gözlənilməz məğlubiyyət

“Mançester Siti” İngiltərə çempionatında bu mövsüm ikinci dəfə məğlub olub.

Reyting.az xəbər verir ki, Xosep Qvardiolanın komandası 18-ci turda öz meydanında “Kristal Pelas”a 2:3 hesabı ilə uduzub.

Londonun “Çelsi” klubu da öz meydanında”Lester”ə minimal hesabla məğlub olub. Yeganə qolu qonaqların heyətində Ceymi Vardi vurub.

“Mançester Siti” 44 xalla ikinci sıradadır və lider “Liverpul”dan 4 xal geri qalır.

Qeyd edək ki, lider bu gün səfərdə “Vulverhempton”u 2:0 hesabı ilə məğlub edib.

“Çelsi”nin 37 xalı var və hələ ki 4-cü yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}