14:41 / 22-10-2025
Yeni medal təsis edilib
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
Tarix: 22-10-2025 22:40 | Bölmə: Xəbərlər / İdman
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib

Bu gün Çempionlar Liqasının üçüncü tur oyunlarına 2 oyunla start verilib.

Reyting.az
xəbər verir ki,  saat 20:45-də "Atletik Bilbao" ilə "Qarabağ" üz-üzə gəliblər.

"Qarabağ" oyunun 1-ci dəqiqədə Leandro Andrade hesab açıb - 1:0.

40-cı dəqiqədə ispanlar hesaba tarazlıq gətirib - 1:1

70-ci dəqiqədə "Atletik"dən Navaro fərqi artırıb - 2:1

87-ci dəqiqədə "Atletik" 3-cü qolu da vurub - 3:1

"Qalatasaray" Norveçin  "Bodo/Glimt" komandasını qəbul edib. 2-ci dəqiqədə Osimhen hesabı açıb - 1:0

33-cü dəqiqədə Osimhen daha bir qola imza atıb - 2:0

60-cı dəqiqədə Yunus Akgün hesabı artırıb - 3:0

76-cı dəqiqədə norveçlilər bu qollardan birinin əvəzini çıxıb - 3:1 

Oyunlar bu hesabla başa çatıb.

Bu nəticədən sonra "Qalatasaray" və "Qarabağ"ın 6 xalı olub(mia.az).




Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib