Xames Rodriqes “Bavariya”dan gedir
Tarix: 05-06-2019 16:46 | Bölmə: İdman
Xames Rodriqes “Bavariya”dan gedir

“Bavariya” rəsmi saytında Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqesin klubdan getdiyini təsdiqlənib.

Reyting.az xəbər verir ki, 27 yaşlı oyunçu Münhenə 2017-ci ildə icarə əsasında gəlib.

Almaniya çempionunun onu 42 milyon avroya almaq şansı olub.

KİV-lərdəki məlumata görə, klub bunu Xamesin özünün xahişi ilə etməyib.

Kolumbiyalının fikrincə, komandanın baş məşqçisi Niko Kovaç onu start heyətində görmək istəmir.

Yarımmüdafiəçi iki ildə “Bavariya”da 67 oyun keçirib, 15 qol vurub və 20 məhsuldar ötürmə verib.

Futbolçu “Real” klubuna məxsusdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}