Sarri gələn həftə “Yuventus”un baş məşqçisi olacaq - İddia
Tarix: 08-06-2019 13:21 | Bölmə: İdman
Sarri gələn həftə “Yuventus”un baş məşqçisi olacaq

“Çelsi” baş məşqçi Maurisio Sarrinin “Yuventus”a getməsinə razılaşıb.

Reyting.az bildirir ki, “Sky Sports”un məlumatına görə, italiyalı gələn həftə Turin klubuna başçılıq edəcək.

Londonluların müqavilənin son ili üçün Sarriyə görə 5 milyon funt tələb edib-etməyəcəyi isə hələ ki dəqiqləşdirilməyib.

Məlumata görə, London klubu onun gedişinə mane olmayacaq.

Mənbənin informasiyasına görə, “Çelsi” Sarrini istefaya göndərməyi planlaşdırmayıb, ancaq məşqçi yenidən İtaliyada işləmək istəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}