16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın daha bir qadın güləşçisi gümüş medal qazanıb
Tarix: 22-07-2019 18:06 | Bölmə: İdman
Azərbaycanın daha bir qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycanın daha bir qadın güləşçisi Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.

Bundan öncə digər qadın güləşçi Gültəkin Şirinova (46 kq) da finalda uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən biri final, digəri bürünc medal görüşünə çıxacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}