16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
AFFA futbol komandalarını cəzalandırıb - Siyahı
Tarix: 08-10-2019 14:42 | Bölmə: İdman
AFFA futbol komandalarını cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Reyting.az
-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” – “Səbail” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün klublar 800 manat cərimələnib.

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.(APA)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər