16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Neftçi” rəhbərliyi sərt qərar vermək məcburiyyətində qaldı – Dəyişiklik olacaq
Tarix: 11-09-2016 14:24 | Bölmə: İdman


Topaz Premyer Liqanın 4-cü turunda "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Reyting.az-ın xəbərinə görə,iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:

1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.

2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduqları vəzifədən kənarlaşdırılacaqlar.

3. "Neftçi” PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq.

4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.

5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zaman mükafat vəbonuslar ləğv ediləcək.

 





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər