Tarix: 16-09-2016 16:27 | Bölmə: İdman
"Oyundankənar vəziyyətə düşməmək üçün çalışırdım. Bunun da xeyrini gördüm. Vurduğum qol epizodunda rəqib qapıçı son anda komanda yoldaşımın zərbəsini dəf etdi və mən önümə düşən topu qapıdan keçirdim".
Reyting.az Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Slovan"ın futbolçusu Milan Baroş Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyundan (2:2) sonra ölkəsinin mətbuatına deyib.
O, səfərdə erkən qol vuracaqlarını heç kimin gözləmədiyini söyləyib:
"Düzdür, hesabı tez açmaq
istəyimizi oyundan əvvəl deyirdik. Bunu bacararaq Avroliqanın ən erkən qolunu
vurduq. Düşünürəm ki, bu qol bizə kömək etdi. Qoldan sonra rəqibin
futbolçularında gərginlik yarandı. Həmin vaxt daha yaxşı oynaya bilərdik".
O, 2:1 hesablı üstünlüklərini qoruya bilmədikləri üçün təəssüfləndiyini də dilə
gətirib:
"Futbol bəzən gözəl, bəzən isə sərt oyundur. Əfsuslar olsun ki, hesabdakı üstünlüyümüzü sona kimi saxlaya bilmədik. Rəqib birinci hissədə yaxşı oynadı. 3 xal qazansaydıq, daha xoşbəxt olardıq. Çünki hər xal növbəti mərhələyə yüksəlmək üçün önəmlidir. Ancaq səfərdə oynadığımıza görə heç-heçə də bizim üçün yaxşı nəticədir".
Bölməyə aid digər xəbərlər