Ayın ən yaxşı futbolçusu müəyyənləşib
Tarix: 02-08-2020 14:37 | Bölmə: İdman
Ayın ən yaxşı futbolçusu müəyyənləşib

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud komandanın iyul ayındakı ən yaxşı futbolçusu seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, azarkeşlərin iştirakı ilə keçirilən səsvermədə 18 yaşlı hücumçu 46 faiz səslə qalib olub. O, Antoni Marsial (28 faiz) və Bruno Fernandeşi (26 faiz) qabaqlayıb.

Qeyd edək ki, Meyson Qrinvud iyul ayında "qırmızı şeytanlar"ın heyətində 4 qol vurub və 7 qolun ötürməsini verib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}