18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Neftçi" yeni hücumçu alıb
Tarix: 08-09-2020 11:54 | Bölmə: İdman
"Neftçi" yeni hücumçu alıb

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Neftçi" heyətini yeni hücumçu ilə gücləndirib.

Bu barədə klubunpaytaxt təmsilçisinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O, həmin futbolçunun adını açıqlamaq istəməsə də, forvardın ən yaxın zamanda Bakıya gələrək müqavilə imzalayacağını söyləyib. Allahverdiyev hücumçu aldıqları üçün Fransanın "Şatoru" klubundakı Şeyk Diarra ilə bağlı məsələnin bağlandığını vurğulayıb.

"Neftçi" rəsmisi flaqmanın Yunanıstan millisinin və "Panatinaikos"un üzvü Dimitris Kolovosla maraqlandığına dair iddialara da münasibət bildirib. Klub rəsmisi 27 yaşlı hücumameylli yarımmüdafiəçinin gündəmlərində olmadığını sözlərinə əlavə edib.

Xatırladaq ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}