"Zirə" Riçard Almeyda ilə müqavilə imzalayıb
Tarix: 26-10-2020 16:52 | Bölmə: İdman
"Zirə" Riçard Almeyda ilə müqavilə imzalayıb

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Reyting.az 
kluba istinadən xəbər verir ki, "qartallar" Braziliya əsilli milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda ilə anlaşıb.

31 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın formasını geyinib. O, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}