12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Canni De Byazi: "Qrupda şansımız ola bilər"
Tarix: 07-12-2020 23:42 | Bölmə: İdman
Canni De Byazi: "Qrupda şansımız ola bilər"

"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq".

Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, seçmə mərhələ oyunlarınadək qalan 4 aylıq müddətdən hazırlıq üçün səmərəli istifadə etmək lazımdır: "Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər