Baş məşqçi koronavirusdan qurtulub
Tarix: 10-12-2020 10:24 | Bölmə: İdman
Baş məşqçi koronavirusdan qurtulub

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun səhhətində yaranmış problem aradan qalxıb.

Reyting.az
xəbər verir ki, koronavirusdan əziyyət çəkən baş məşqçinin növbəti testi neqativ çıxıb.

Xatırladaq ki, məşqçi 10 gündən artıq karantində olub. Müalicəsi yekunlaşan mütəxəssis, hazırda özünü normal hiss edir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov xəstəlik səbəbindən komandasının son 2 oyununu – “Səbail”lə Premyer Liqa matçını, həmçinin “Makkabi” ilə Avropa Liqası qarşılaşmasını buraxmaq məcburiyyətində qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}