Avropa çempionatında final mərhələsinin püşkü atılıb
Tarix: 10-12-2020 20:26 | Bölmə: İdman
Avropa çempionatında final mərhələsinin püşkü atılıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Məlumata görə, həlledici raundda 16 komanda 4 qrupda mübarizə aparacaq.

Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibləri olmuş Fransa C, İsveçrə isə D qrupuna düşüb.

A qrupu: Macarıstan, Almaniya, Rumıniya, Niderland

B qrupu: Sloveniya, İspaniya, Çexiya, İtaliya

C qrupu: Rusiya, İslandiya, Fransa, Danimarka

D qrupu: Portuqaliya, Xorvatiya, İngiltərə, İsveçrə

Qeyd edək ki, Macarıstan və Sloveniyanın birlikdə ev sahibliyi edəcəyi final mərhələsinin oyunları 2021-ci il martın 24-də start götürəcək. Həmin ayın 31-də qrup matçlarına yekun vurulacaq. Qruplarında ilk 2 pilləni tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları 31 may - 6 iyunda baş tutacaq. A və C qrupunun oyunları Macarıstanda, B və D qrupunun matçları isə Sloveniyada olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}