12:39 / 27-11-2024
Sabah yağış yağacaq
AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb
Tarix: 11-12-2020 16:01 | Bölmə: İdman
AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, yığıncaqda 3 klubun şikayətinə baxılıb və müvafi qərarlar verilib.

“Keşlə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin dekabrın 1-dəki qərarı ilə noyabrın 29-da Azərbaycan Premyer Liqasının XI turunun “Sabah”la ev oyununda "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması, klubun isə 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Kəpəz" komandalarının apellyasiya şikayətini isə qismən təmin edib.

İK-nın dekabrın 1-dəki qərarı ilə noyabrın 26-da aşağı dəstənin VII turunda “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində "ağ-qaralar"ın futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilib. Klubun 320 manat cərimə olunması qərarı isə qüvvədə qalıb.

İntizam Komitəsinin eyni tarixli qərarı ilə VII turun “Turan Tovuz”la oyununda Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı ikiyə endirilməklə, mütəxəssis qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər