16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Türkiyənin milli komandası qələbə qazanıb
Tarix: 03-06-2021 23:32 | Bölmə: İdman
Türkiyənin milli komandası qələbə qazanıb

Futbol üzrə Türkiyənin milli komandası AÇ-2020-yə hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Reyting.az xəbər verir ki, "ay-ulduzlular" Moldova yığması ilə qarşılaşıb. Almaniyanın Paderborn şəhərində keçirilən görüş türklərin qələbəsi ilə başa çatıb - 2:0. Qolları Burak Yılmaz (58-ci dəqiqə) və Cengiz Ünder (77) vurub.

Xatırladaq ki, Şenol Günəşin komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, ikinci oyunda Qvineya ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrup mərhələsində Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bu komandanın ilk sınağı Romada İtaliya yığmasına qarşı olacaq.(Matç.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}