12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
Tarix: 04-06-2021 07:48 | Bölmə: İdman
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilir.

Reyting.az
-ın məlumatına görə, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.

Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

Azərbaycan Qran-prisinin proqramı

4 iyun
"Formula-2"
Saat. 10:25-11:10 - Sərbəst yürüş

"Formula-1"
Saat. 12:30-13:30 - I sərbəst yürüş

"Formula-2"
Saat. 14:30-15:00 – Sıralama turu

"Formula-1"
Saat. 16:00-17:00 - II sərbəst yürüş

5 iyun
"Formula-2"
Saat. 11:25-12:15 – Sprint yarışı

"Formula-1"
Saat. 13:00-14:00 - III sərbəst yürüş

"Formula-1"
Saat. 16:00-17:00 - Sıralama turu

"Formula-2"
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun

"Formula-2"
Saat. 12:45-13:50 - Əsas yarış

“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Əsas yarış.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}