"Neftçi" mövsümə hazırlıq planını açıqlayıb
Tarix: 07-06-2021 13:00 | Bölmə: İdman
"Neftçi" mövsümə hazırlıq planını açıqlayıb

"Neftçi"nin 2021/2022-ci illər mövsümünə hazırlıq planını açıqlayıb.

Reyting.az
kluba istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda baş tutacaq. Komanda tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq.

Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqqında daha sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər