Tokio olimpiadası ləğv olunur
Tarix: 09-06-2021 16:30 | Bölmə: İdman
Tokio olimpiadası ləğv olunur

Yaponiyanın baş naziri Yoşihide Suqa Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi üçün ilkin səbəbi açıqlayıb.

Nazir bildirib ki, insanların həyatını qoruman onun borcudur: "Həm də deyirəm ki, qoruya bilmirəmsə, oyun keçirməyəcəyik. Bu, mənim məsuliyyətimdir. Əgər qoruya bilməsəm, deməli olimpiada gerçəkləşməyəcək. Söz yox, bu ilkin şərtdir".

Hazırda Yaponiyada koronavirus səbəbindən çətin epidemioloji vəziyyət davam edir. Ölkədə fövqəladə vəziyyət rejimi iyunun 20-dək uzadılıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər