“Qarabağ"ın futbolçusu iki ay meydana çıxa bilməyəcək
Tarix: 10-06-2021 08:21 | Bölmə: İdman
“Qarabağ"ın futbolçusu iki ay meydana çıxa bilməyəcək

“Qarabağ"ın zədəli futbolçusu Bədavi Hüseynovun durumu müəyyənləşib.

Reyting.az
-ın Qol.az-a istinadla verdiyi məlumata görə, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, ilkin müayinədən sonra 30 yaşlı müdafiəçinin təxminən 2 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Bu, Ağdam klubu üçün ciddi itki sayılır. Çünki milli komandamızın da üzvü olan futbolçu Konfrans Liqasına hazırlaşan "Qarabağ"ın yay təlim-məşq toplanışını buraxacaq.

Qeyd edək ki, Bədavi Hüseynov millimizin Moldova ilə yoldaşlıq oyununda (0:1) sol ayağından xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər