“Neftçi” paraqvaylı futbolçu ilə anlaşıb
Tarix: 12-06-2021 12:53 | Bölmə: İdman
“Neftçi” paraqvaylı futbolçu ilə anlaşıb

“Neftçi” ilk transferini rəsmiləşdirib.

Reyting.az
kluba istinadla xəbər verir ki, paraqvaylı futbolçu Sezar Meza Kolli ilə 2 il - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

29 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 10 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb.

O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}