AVRO-2020: Türkiyə millisi Bakıya gəlib
Tarix: 12-06-2021 19:37 | Bölmə: İdman
AVRO-2020:

AVRO-2020-nin A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.

Reyting.az
xəbər verir ki, "ay-ulduzlular" az öncə ölkəmizə təşrif buyurub

Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son 2 görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq.

İyunun 16-da Uelslə qarşılaşacaq Şenol Güneşin baş məşqçi olduğu kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}