UEFA yarımçıq dayanan Danimarka - Finlandiya matçı ilə bağlı qərar verib
Tarix: 12-06-2021 23:34 | Bölmə: İdman
UEFA yarımçıq dayanan Danimarka - Finlandiya matçı ilə bağlı qərar verib

AVRO-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı ilə bağlı qərar açıqlanıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, təxirə salınan qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən - 41-ci dəqiqədən davam etdiriləcək.

Əvvəlcə birinci yarının qalan 4 dəqiqəsi oynanılacaq. 5 dəqiqəlik fasilədən sonra isə ikinci hissə başlayacaq.

***

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

Buna meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması səbəb olub.

***

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

Məlumata görə, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.

İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb. Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

Məlumata görə, onun səhhətii nisbətən qaydaya düşüb.

Onu da qeyd edək ki, hadisə vaxtı azarkeş kimi oyunu izləyən futbolçunun həyat yoldaşı meydaan daxil olub. Onun göz yaşları bütün dünyada təsirli anlar yaşadıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}