07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Baş məşqçi Avro-2020-dəki favoritlərini açıqlayıb
Tarix: 14-06-2021 10:11 | Bölmə: İdman
Baş məşqçi Avro-2020-dəki favoritlərini açıqlayıb

Millimizin baş məşqçisi Canni de Byazi Avro-2020-dəki favoritlərini açıqlayıb.

Reyting.az
bildirir ki, bu barədə "Tutti Convocati" yazıb.

Məlumata görə, italiyalı mütəxəssis turnirin qrup mərhələsinin ilk turunun oyunlarını dəyərənləndirərkən deyib:

"İngiltərə, İtaliya, Fransa və Belçika dörd favoritim arasındadır. İngiltərənin Xorvatiyaya qarşı oyunu (1:0) olduqca darıxdırıcı idi. Ancaq İngiltərə qələbəyə layiq idi”.

O, Rusiya ilə matçda (3:0) dubla imza atan Belçika yığmasının üzvü Lukakunun fiziki cəhətdən dayandırıla bilməyəcək dərəcədə fövqəladə bir oyunçu olduğunu söyləyib.

Byazi İtaliya millisinin Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi görüş haqda da danışıb: "İtaliya məhdudiyyətlər qoymamalı və hesablamalar aparmamalıdır. İtaliya çox gözəl oynayır və topa sahib olur. Ancaq məqsəd tək bu deyil. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır".(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}