14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Şahmatçımız Şəhriyar Məmmədyarov turnirin qalibi olub
Tarix: 14-06-2021 17:06 | Bölmə: İdman
Şahmatçımız Şəhriyar Məmmədyarov turnirin qalibi olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

Reyting.az
-ın məlumatına görə, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}