17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
AVRO-2020: Çexiya millisi rəqibini məğlub edib
Tarix: 14-06-2021 18:52 | Bölmə: İdman
AVRO-2020: Çexiya millisi rəqibini məğlub edib

Futbol üzrə Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, bu gün Şotlandiya Çexiya millisi ilə qarşılaşıb.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç çexiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, D qrupunun ilk oyunu dünən İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada britaniyalılar rəqibini məğlub edib - 1:0. Hazırda qrupda eyni xala malik yığmalardan Çexiya 1-ci, İngiltərə isə 2-cidir. Xalı olmayan Xorvatiya və Şotlandiya kollektivləri isə müvafiq olaraq, 3 - 4-cü yerləri bölüşdürürlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}