Çempionlar Liqası: "Neftçi"nin rəqibi bəlli olub
Tarix: 15-06-2021 14:23 | Bölmə: İdman
Çempionlar Liqası: "Neftçi"nin rəqibi bəlli olub

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə səpələnməmişlər səpətində yer alan ölkə çempionu "Dinamo" (Tbilisi, Gürcüstan) ilə üz-üzə gələcək.

Flaqman ilk oyununu səfərdə keçirəcək.

Digər qarşılaşmalar isə aşağıdakı komandalar arasında olacaq:

“Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq)

"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)

“Malmö” (İsveç) - "Riqa" (Latviya)

“Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)

"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)

HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro)

ÇFR (Rumıniya) - "Borars" (Banya-Luka, Bosniya və Herseqovina)

"Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya)

"Teuta" (Albaniya) - "Şerif" (Moldova)

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)

"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)

"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)

“Ferentsvaroş” (Macarıstan) - İlkin mərhələnin qalibi

"Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya)

"Flora" (Estoniya) - “Hamrun Spartans” (Malta)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya)

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər