Ronaldu “Coca-Cola”nı 4 milyard dollar ziyana salıb
Tarix: 16-06-2021 13:19 | Bölmə: İdman
Ronaldu “Coca-Cola”nı 4 milyard dollar ziyana salıb

Avro-2020-də Macarıstan-Portuqaliya oyunundan əvvəl mətbuat konfransına qatılan ulduz oyunçu Kriştianu Ronaldunun 2 “Coca-Cola” şüşəsini masadan götürməsi şirkəti 4 milyard dollar ziyanla üzləşdirib.

Reyting.az
“Marca”ya istinadla xəbər verir ki, Ronaldunun “Coca-Cola” şüşələrini masadan götürmə videosu qısa zamanda sosial mediada paylaşma rekordu vurub.

İspaniyanın “Marca” qəzeti şirkət səhmlərinin 56.10-dan 55.22 dollara düşdüyünü yazıb.

Beləliklə, şirkətin 242 milyard dollarlıq səhmləri 238 milyard dollara düşüb.

Ronaldu bundan əvvəl da qazlı içkiyə qarşı olduğuna dair bir açıqlama verib. O, oğlunun “Coca-Cola” və “Fanta” içdiyini, çips yediyini və onu bu vərdişlərindən çəkindirməyə çalışdığını söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}