Premyer Liqada yeni mövsümün püşkü atılıb
Tarix: 16-06-2021 14:31 | Bölmə: İdman
Premyer Liqada yeni mövsümün püşkü atılıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün püşkü atılıb. Reyting.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytında məlumat yayıblar.

Məlumata görə, avqustun 14-də start götürəcək çempionatın bütün turlarının oyun cədvəli məlum olub. Premyer Liqada yeni mövsümdə 38 turda ümumilikdə 380 oyun keçiriləcək.

Son çempion “Mançester Siti” ilk turda səfərdə “Tottenhem”lə qarşılaşacaq. “Mançester Yunayted” “Lids”i, “Çelsi” “Kristal Pelas”ı qəbul edəcək. “Liverpul” isə debütant “Norviç Siti”nin qonağı olacaq.

Premyer Liqanın son turunun oyunları 2022-ci il, mayın 22-də keçiriləcək.

İngiltərə Premyer Liqası
1-ci tur
14 avqust


Brentford - Arsenal
Bernli - Brayton
Çelsi - Kristal Pelas
Everton - Sauthempton
Lester Siti - Vulverhempton
Mançester Yunayted - Lids
Nyukasl - Vest Hem
Norviç Siti - Liverpul
Tottenhem – Mançester Siti
Uotford - Aston Villa.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}