Bu gün AVRO-2020-nin daha üç oyunu keçiriləcək
Tarix: 17-06-2021 10:17 | Bölmə: İdman
Bu gün AVRO-2020-nin daha üç oyunu keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək. Oyunlardan biri B, ikisi isə C qrupunda baş tutacaq.

Günün ilk oyunu Rumıniyada olacaq. C qrupunun ilk turunda Niderlanda 2:3 hesabı ilə uduzan Ukrayna millisi Buxarestdəki "Milli Arena"da Şimali Makedoniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunu argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

Günün ikinci qarşılaşması Danimarka və Belçika milli komandaları arasında olacaq. Kopenhagendəki "Parken" stadionunda reallaşacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq. Danimarkalılar ilk görüşdə Finlandiyaya 0:1 hesabı ilə uduzub. Belçika isə Rusiyanın qapısından 3 cavabsız qol keçirib. Roberto Martinesin baş məşqçi olduğu kollektiv rəqibinə qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqə qazanacaq.

C qrupunun digər görüşündə turnirin favoritlərindən Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək oyunu İsrail Futbol Assosiasiyasından Orel Qrinfeld idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa çempionatı

B qrupu, II tur

20:00. Danimarka - Belçika

Baş hakim: Byörn Kuypers (Niderland)

Kopenhagen, "Parken" stadionu

Xal durumu: Belçika - 3 (1), Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0 (1)

C qrupu

17:00.Ukrayna - Şimali Makedoniya

Baş hakim: Fernando Rapallini (Argentina)

Buxarest, "Milli Arena"

23:00. Niderland - Avstriya

Baş hakim: Orel Qrinfeld (İsrail)

Xal durumu: Avstriya - 3, Niderland - 3, Ukrayna - 0, Şimali Makedoniya – 0.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər